SON XƏBƏRLƏR
20 Oktyabr 2018
19 Oktyabr 2018
18 Oktyabr 2018
Eldar Əzizov Bakı Lift Təmir İstehsalat Birliyinə yeni rəhbər təyin etdi
CƏMİYYƏT 11:55 / 11.10.2018

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib.

Bu barədə BŞİH-dən məlumat verilib.

Bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizovun əmri ilə bu vəzifəyə Xalid Ələkbərov təyinat alıb.

Xalid Ələkbərov daha əvvəl BŞİH-in Şəhər Təsərrüfatı Departamentinin sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb və son günlər müvəqqəti olaraq "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsini icra edirdi.

Qeyd edək ki, bir neçə gün əvvəl "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov işdən çıxarılıb.

Q.Şükürova qarşı CM-nin 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə  cinayət işi açılıb.


64 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.