SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
ABŞ-da `Maykl` qasırğası gücünü artırıb: 1 ölü
DÜNYA 16:12 / 11.10.2018

ABŞ-ın Florida ştatında başlayan və saatda 250 kilometr sürətlə hərəkət edən dördüncü dərəcədə sahilə çatan "Maykl" qasırğası hələ də davam edir.

 RT-yə istinadən məlumata görə, daxilə doğru irəliləyən qasırğadan indiyə kimi ən azı bir nəfərin öldüyü bildirilir.

Şahidlər ölən şəxsin güclü külək nəticəsində aşan ağacın altında qaldığını deyiblər. 

Güclü külək və yağış ev və iş yerlərinin damlarının uçmasına, su basqınlarına və Floridada təxminən 290 min insanın elektriksiz qalmasına səbəb olub.

Üçüncü kateqoriyada Corciya ştatının cənub-qərbinə və Alabamanın cənub-şərqinə çatan qasırğaya görə hər iki ştatda fövqəladə vəziyyət elan edilib.

"Maykl" qasırğasının Floridanın son 100 ildə gördüyü ən güclü qasırğa olduğu bildirilir.

Həmçinin "Maykl"ın 1992-ci ildəki "Endryu"dan sonra ABŞ-ı vuran ən güclü qasırğa olduğu qeyd edilir.

"Maykl" qasırğası ötən bazar günü Karib dənizində tropik fırtına kimi başlayıb, bazar ertəsi günü qasırğa halını alıb. Qasırğanın ilk vurduğu Orta Amerikada Honduras, Nikaraqua və Salvadorda ümumilikdə 13 nəfər dünyasını dəyişib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.