SON XƏBƏRLƏR
14 Dekabr 2018
13 Dekabr 2018
Sumqayıtda ŞOK HADİSƏ - Dənizə baş vuran kişi canını tapşırdı
HADİSƏ 09:47 / 12.10.2018
Sumqayıt şəhər bulvarında ölüm hadisəsi baş verib.

"Report"un məlumatına görə, Tovuz rayon sakini Cəfərov Vaqif Yahya oğlu iki həmyerlisi ilə birgə dəniz kənarında yeyib-içdikdən sonra çimmək fikrinə düşüb və "Damba" adlanan əraziyə gələrək suya baş vurub.

Hündür yerdən suya atılan şəxs başı üstə dənizin dayaz hissəsinə düşüb. Nəticəsə onun boyun fəqərəsi qırılıb. Kişi aldığı xəsarətlərdən yerindəcə ölüb.

Meyit müayinə olunması üçün tibbi ekspertizaya aparılıb.

Hər 3 dost Tovuz rayonundan Sumqayıta işləməyə gəlib.

Faktla bağlı araşdırma aparılır.

107 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.