SON XƏBƏRLƏR
17 Fevral 2019
16 Fevral 2019
15 Fevral 2019
Evdən qaçan 22 yaşlı müəllimə Bakıda tapıldı
CƏMİYYƏT 11:15 / 12.10.2018

Oktyabrın 2-də Gəncədə itkin düşən 22 yaşlı müəllimə Bakıda tapılıb.

Məlumata görə, aparılan axtarış tədbirləri nəticəsində Gəncə şəhər Vaqif küçəsində yaşayan 1996-cı il təvəllüdlü Əsgərova Günay Zahid qızının Bakıda olduğu müəyyən edilib. Onun tapılması barədə ailəsinə məlumat verilib.

Bildirilir ki, evdən qaçan gənc müəllimə Gəncədəki "Zəka” hazırlıq kurslarında işləyir və işdən çıxandan sonra yoxa çıxıb.

Onun Bakıya hansı məqsədlə gəlməsi məlum deyil.


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.