SON XƏBƏRLƏR
23 Iyul 2019
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
Gürcüstanda prezidentliyə namizəddən gözlənilməz təklif - Narkotik festivalı keçirilsin
DÜNYA 14:49 / 12.10.2018
Gürcüstanda özünəməxsus təklifləri ilə tanınan "Qirçi” partiyasının liderlərindən biri, prezidentliyə namizəd Qeorqi Caparidze ölkədə keçiriləcək prezident seçkilərinə bir həftə qalmış, oktyabrın 20-də narkotik festivalı (festival konopili) keçirməyi planlaşdırır.

 AZƏRTAC-a istinadən xəbər veririk ki, bununla əlaqədar siyasi partiya bəyanat yayıb. Bəyanatda deyilir ki, festivala azadlıq istəyən bütün vətəndaşlar gəlməlidirlər. Bu aksiya marixuananın becərdilməsi və istifadəsinin leqallaşdırılmasına yönəlib.

Partiyadan həmin gün marixuananın açıq satışının da təşkil olunacağını istisna etməyiblər.

Qeyd edək ki, "Qirçi” partiyası bundan əvvəl də marixuananın və fahişəliyin leqallaşdırılması, Gürcüstanın müstəqil kriptovalyutasını yaratmağı təklif edib. Bu siyasi partiya Gürcüstanda hərbi çağırışdan möhlət almağa çalışan kişilərə kömək etmək üçün "Xristian Yevangelist Protestant Tövrat Azadlığı Kilsəsi” dini təşkilatını rəsmi qeydiyyatdan keçirib.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.