SON XƏBƏRLƏR
20 Oktyabr 2018
19 Oktyabr 2018
18 Oktyabr 2018
Putinlə Tramp yenidən görüşə bilər
DÜNYA 17:11 / 12.10.2018

Prezidentlərin noyabr ayında Parisdə görüşəcəkləri bildirilib.

"Euronews”a istinadən xəbər veririk ki, Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Trampın noyabr ayında Fransanın paytaxtı Parisdə görüşə biləcəyi bildirilib.

Bu barədə Rusiyanın "RİA” informasiya agentliyi ölkənin Xarici İşlər Nazirliyinə əsasən məlumat ötürüb.

Putinlə Trampın noyabrın 11-də Parisdə I Dünya müharibəsinin anım mərasiminə qatılacağı halda, görüşə biləcəkləri yazılıb.

Bu yaxınlarda Finlandiyanın "Helsingin Sanomat” qəzeti növbəti il Putinlə Trampın yenidən Helsinkidə bir araya gələcəklərini iddia etmişdi. Kreml sözçüsü Dmitri Peskov isə bu xəbərin əsassız olduğunu bildirmişdi.

Qeyd edək ki, iki ölkə başçısı iyul ayında Finlandiyanın paytaxtı Helsinkidə görüşmüşdülər.


63 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.