SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT - Həyat yoldaşını baltaladı, qonşusunu isə...
HADİSƏ 18:16 / 14.10.2018

Gədəbəy rayonunda yerli sakin həyat yoldaşına və qonşusuna ağır xəsarətlər yetirib.

Xəbər veririk ki, rayonun 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Əsgərov Pərviz Gülmalı oğlu 1977-ci il təvəllüdlü həyat yoldaşı Allahverdiyeva Könül Qəşəm qızını balta ilə vurub.

O, daha sonra 1949-cu il təvəllüdlü qonşusu İsmayılov Firuddin Zeynəlabdın oğlunu yaxınlıqdakı meşə zolağı ərazisində ağac parçası ilə döyüb və hadisə yerindən qaçıb.

Hər iki yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Məlumata görə, qadına sol yuxarı ətrafın çapılmış və sınmış yarası diaqnozu qoyulub və onun vəziyyəti ağırdır. Eyni zamanda ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ağır əzilmiş və çapılmış xəsarətlər alan F.İsmayılovun da vəziyyəti ağır qiymətləndirilir.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır və P.Əsgərovun saxlanılması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri görülür.


72 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.