SON XƏBƏRLƏR
22 Sentyabr 2019
21 Sentyabr 2019
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
Bolton Azərbaycana səfərin məqsədi barədə
SİYASƏT 10:26 / 13.10.2018

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviriCon BoltonAzərbaycan, Ermənistan və Gürcüstana səfəri zamanı bu ölkələrin Suriyada vəziyyətin tənzimlənməsinə təminatçı dövlətlərin - İran, Rusiya və Türkiyə ilə münasibətlərində oynadıqları geosiyasirolun vacibliyini dəyərləndirəcək.

Regioninfo.az xəbər verir ki, o, bu fikirlərini jurnalist Xyu Xyuittu-ya müsahibəsində deyib.

Rusiyaya səfərindən danışan Bolton deyib ki, Moskvaya Rusiya və ABŞ arasındakı münasibətlərin yaxşılaşması və ölkələr arasında birgə fəaliyyət zamanı ortaya çıxan problemlərin müzakirəsi üçün gedir.

"Rusiyaya səfərimin məqsədi bu ilin yayında Helsinkidə prezidentDonald Trampvə prezidentVladimir Putin arasında olmuş görüşün davamı kimi ABŞ və Rusiya münasibətlərinin müzakirəsini davam etdirməkdir”, - Bolton deyib.

Prezidentin müşaviri qeyd edib ki, həftədə bir dəfə gündəlikdəki məsələləri müzakirə etmək üçün Pentaqon rəhbəriCeyms Mettisvə dövlət katibiMaykl Pompeoilə işgüzar səhər yeməyi yeyir. Eyni zamanda, bu görüşlərdən birində tərəflər Rusiyaya səfər ətrafında fikir mübadiləsi aparıblar.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.