SON XƏBƏRLƏR
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
Almaniya azərbaycanlılar üçün viza rejimini asanlaşdırır
DÜNYA 09:10 / 15.10.2018

Almaniyanın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına viza verilməsi üçün "ASAN viza” sistemini tətbiq edə bilər.

Bunu Trend-ə Almaniya İqtisadiyyatının Şərqi Komitəsinin rəqəmsallaşdırma üzrə işçi qrupunun rəhbəri Ştefan Keqebayn deyib.

Ş.Keqebaynın sözlərinə görə, hazırda bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılır:

"Danışıqlar uğurla başa çatsa, bu Azərbaycan vətəndaşları üçün təkcə Almaniyaya yox, Avropa İttifaqının digər ölkələrinə də viza alınması prosesini sadələşdirməyə imkan verəcək. Ümid edirəm ki, bu texnologiya öz tətbiqini tapacaq”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.