SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Məşhur şairin oğlu VƏFAT ETDİ: ömür boyu atası ilə küsülü olub
HADİSƏ 10:32 / 15.10.2018

Məşhur şair Nazim Hikmətin oğlu, rəssam Mehmet Nazim 67 yaşında Fransada vəfat edib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, şairin oğlunun ölümünü Mehmet Nazimin Parisdə yaşayan dostu Utku Varlık sosial şəbəkədə elan edib.

Qeyd edək ki, Mehmet Nazim şair Nazim Hikmətin 1950-ci ildə həbsxanadan azad edildikdən sonra Münevver Andaçla olan vətəndaş nikahından dünyaya gəlib. Nazim Hikmet oğlu 3 aylıq olarkən Türkiyəyə qayıdıb. Mehmet Nazim atası Nazim Hikmətlə küsülü olub. Oğlu ölümünə qədər atası haqqında heç bir məlumat verməyib.

N.Hikmətin oğlu üçün yazdığı şeirdə övlad həsrərtini belə ifadə edib:

"Karşı yaka memleket,

sesleniyorum Varna’dan,

işitiyor musun?

Memet! Memet!

Karadeniz akıyor durmadan,

deli hasret, deli hasret,

oğlum, sana sesleniyorum,

işitiyor musun?

Memet! Memet!”


73 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.