SON XƏBƏRLƏR
18 Aprel 2019
17 Aprel 2019
"Geri qayıdıb..." - Bransondan Ərdoğana GÖZLƏNİLMƏZ MESAJ
DÜNYA 11:07 / 15.10.2018

Türkiyənin çətin dönəmdən keçdiyini bilirik və bu səbəbdən Prezident Rəcəb Tayyib Ərdoğan üçün dua edirik.

Axar.az-a istinadən xəbər veririk ki, bu sözləri 2 gün öncə Türkiyədə azadlığa buraxılan rahib Endryu Bransonun atası Ron Branson "Amerikanın səsi”nə açıqlamasında deyib.

"Bir ölkənin lidersiniz və ölkədə iqtisadi çətinliklər yaşanır. Üzərinizdə təzyiq var. Onun (Ərdoğan) üçün dua edirik. Tanrı ona aldığı qərarlarla kömək olsun”, - deyə Branson bildirib.

Keşişin anası Pamela Branson da əlavə edib ki, Endryu hər zaman Türkiyəni sevib və bu ölkə üçün canını verməyə hazırdır:

"Məncə, Endryu geri qayıdıb Türkiyə üçün canını verməyə hazırdır. Bunu edə biləcəyini düşünürəm. Amma övladları var. Ən kiçik oğlu uzun müdddətdir ki, atasız böyüyüb. Endryu ona atalıq etmək istəyir”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.