SON XƏBƏRLƏR
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
950 min manatlıq şərab satıldı - FOTO
DÜNYA 12:31 / 15.10.2018

ABŞ-da keçirilən "Sotheby's” hərracında rekord qiymətə şərab satılıb.

Xəbər veririk ki, ənənəvi olaraq keçirilən hərrac qeyri-adi məhsullar və yüksək qiymətləri ilə medianın diqqətini cəlb edib. Bu dəfə bir şüşə şərabın qiyməti hər kəsi heyrətə salıb.

Belə ki, "Sotheby's” hərracında bir şüşə "Romanée Conti” fransız şərabı 558 min dollara (950 min manat) satılıb. Şərab 1945-ci il istehsalı olub. Bu hərraclarda daha əvvəl satışa çıxarılan Robert Drouhin kolleksiyasından olan 1926-cı ilə aid "Macallan" adlanan viski olub. Onun isə qiyməti 843 min dollar olub. Bu şərabların hərrac tarixində ən yüksək qiymət hesab olunur. Ümumilikdə isə Şimali Amerikada satılmış ən yüksək hərrac qiyməti kimi qeydə alınıb.

Hərrac təşkilatçılarının açıqladığı məlumata görə, bu qiymət istənilən ölçüdə olan bir şərab şüşəsinə görə ödənilən rekord göstərici hesab olunur.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.