SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Jurnalisti öldürmək üçün bunu MƏŞQ EDİBLƏR: tükürpədici İDDİA - FOTO
DÜNYA 12:52 / 15.10.2018

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı daha bir tükürpədici məqam üzə çıxıb.

Sabah” nəşrinə istinadən xəbər verir ki, öldürüldüyü iddia olunan səudiyyəli jurnalistin oradan aparılması üçün istifadə olunan mikroavtobus bir gün əvvəl sınaq məqsədiylə konsulluğun qarajına yerləşdirilib.

Bu informasiya isə jurnalistin aradan götürülməsi əməliyyatının öncədən planlaşdırıldığı barədə iddiaları gücləndirmiş oldu.

Daha əvvəl ABŞ-ın "Vaşinqton Post” nəşri iddia etmişdi ki, ABŞ kəşfiyyatının əlinə keçən səs yazılarına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Camal Qaşıqçının bəzi vədlərlə ölkəyə dönməsinin təmin edilməsi, daha sonra isə həbs olunması barədə əmr verib.

"Anadolu” agentliyinin xəbərində isə deyilir ki, son 4 aydır şahzadəyə yaxın səlahiyyətlilər Qaşıqçıya zəng edərək Səudiyyə Ərəbistanına dönməsi halında, xüsusi mühafizə və yüksək vəzifələr təklif ediblər. Bu haqda jurnalistin bəzi yaxınları bildiriblər.

Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasından bir daha çıxmadığı bildirilir. Bu barədə məlumatı Ankara Polis İdarəsi də təsdiqləyib. Onun konsulluqda öldürüldüyü və cəsədinin oradan çıxarıldığı iddia olunur.


65 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.