SON XƏBƏRLƏR
22 Noyabr 2018
21 Noyabr 2018
20 Noyabr 2018
Azərbaycanda dəhşətli cinayət: Arvad ərinin qətlini sifariş etdi
HADİSƏ 13:37 / 15.10.2018

Cinayətin üstü açılb

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Lerik rayonunda qeydə alınıb.

Belə ki, bu ilin iyun ayında rayonun Lərmərud kənd sakini Mail Ağayevin meyiti yol kənarında idarə etdiyi avtomobilin yanında aşkar edilib. Hadisədən dərhal sonra faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı M. Ağayevin yol-nəqliyyat hadisəsi nəticəsində ölmədiyi, onun qətlə yetirildiyi müəyyənləşib.

Məlum olub ki, M. Ağayevin həyat yoldaşı Nailə Ağayeva ilə münasibətləri gərgin olub. Əri tərəfindən döyülməsini qəbul edə bilməyən N. Ağayeva bu barədə dostu Aqil Baxşıyevə məlumat verib. Dostuna ərini öldürmək istədiyini deyən N.Ağayeva ondan bunu həyata keçirməkdə yardım istəyib. A.Baxşıyev qohumu Vəfalı Əliyevlə birgə M. Ağayevi meşəyə aparıb orda öldürüblər. Daha sonra onun meyitini yol kənarına idarə etdiyi avtomobilin yanına ataraq qaçıblar. Hər kəs onun yol qəzası nəticəsində öldüyünü ehtimal edib.

İstintaqla M.Ağayevin qəsdən öldürüldüyü müəyyən edildikdən sonra faktla bağlı başlanmış cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Cinayətdə adı keçən mərhumun arvadı Nailə Ağayeva, arvadının dostu Aqil Baxşıyev və Vəfalı Əliyev şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. (open.az)


80 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.