SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı
KRİMİNAL 16:14 / 15.10.2018

Bakıda "Novoye vremya" qəzetinin redaksiyası naməlum şəxslər tərəfindən soyğunçuluğa məruz qalıb.

Bu barədə Trend-ə açıqlamasında qəzetin baş redaktoru Şakir Ağayev məlumat verib.

Onun sözlərinə görə, hadisə oktyabrın 11-dən 12-nə keçən gecə baş verib: "Mən həmin vaxt xaricdə idim. Naməlum şəxslər qapını qıraraq redaksiyaya daxil olub. Əvvəlcə həmin şəxslər işçilərin dolablarını dağıdıblar. Daha sonra şüşəni qırıb qapını açmaqla mənim otağıma daxil olublar. Mənim otağımda seyfi açmağa cəhd ediblər. Lakin seyfi aça bilməyib açar yerini yararsız vəziyyətə salıblar, otağımı alt-üst ediblər. Mənim otağımdan əsasən suvenirlərin, hədiyyələrin bəzilərini oğurlayıblar".

Ş.Ağayev bildirib ki, redaksiya əməkdaşları oktyabrın 12-də səhər saatlarında məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat veriblər. Hadisə yerinə dərhal Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları gəlib və hadisə yerinə baxış keçiriblər.

Baş redaktor bildirib ki, məsələ ilə bağlı şəxsən Daxili İşlər Nazirliyinə də məlumat verib: "Mən nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxladım. O bildirdi ki, polis cinayətkarların tezliklə tapılmasına çalışacaq. Bundan başqa, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova da məlumat verdik. Artıq Mətbuat Şurasının sədri daxili işlər naziri, general-polkovnik Ramil Usubova da müraciət edib ki, məsələni cənab nazir şəxsən nəzarətə götürsün".


108 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.