SON XƏBƏRLƏR
22 Noyabr 2018
21 Noyabr 2018
20 Noyabr 2018
Məhsulunu reklam etmək istəyən fermerlərin DİQQƏTİNƏ!
CƏMİYYƏT 18:41 / 15.10.2018

Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin (DATŞ) "Kənddən Şəhərə" layihəsi çərçivəsində yaradılan aqrar birja bu ilin sonuna qədər fəaliyyətə başlayacaq.

Bu barədə şirkətin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mayis Musayev bildirib.

Onun sözlərinə görə, hazırda bu məqsədlə proqram təminatı hazırlanır: "Fermerlər internetlə istehsal etdikləri məhsullar barədə məlumatları, o cümlədən onların qiymətlərini birjaya daxil edəcəklər. Həmin məlumatları potensial müştərilərə görəcəklər. Bunun da kənd təsərrüfatı məhsullarının satıcıları və alıcıları vahid platformada birləşəcək". 

Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 11-də Qubada səfərdə olarkən ona bu layihə barədə məlumat verilib.


73 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.