SON XƏBƏRLƏR
18 Aprel 2019
17 Aprel 2019
Bakıda dəhşətli avtobus qəzası törədən sürücü həbs edildi
CƏMİYYƏT 09:29 / 16.10.2018

Bir neçə ay əvvəl Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində idarə etdiyi 136 saylı marşrut avtobusu ilə dəhşətli qəza törədən sürücü Yelmar Atakişiyev həbs edilib.

Xəbər veririk ki, iyunun 9-da 171 saylı marşrut avtobusu ilə ötüşərkən idarə etdiyi "Daewoo” markalı avtobusu yolun kənarındakı dayanacağa çırpan və 61 yaşlı Mansur Namazovun ölümünə səbəb olan sürücü barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Xəzər rayon Məhkəməsində keçirilən prosesin yekununda onun barəsində 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. İstintaq müddətində sərbəst buraxılan və daha əvvəl də ağır yol qəzası törətdiyi üçün məhkum edilmiş Yelmar Atakişiyev məhkəmə zalındaca həbs edilərək təcridxanaya göndərilib.

Ağır qəzada vəfat edən M.Namazovun ailəsindən bildirilib ki, daha əvvəl də ölümlə nəticələnən qəza törətmiş və növbəti dəfə ictimai təhlükəli ağır hadisəyə sbəb olmuş sürücüyə verilmiş həbs cəzasının müddətindən narazıdırlar və bu səbəbdən apelyasiya şikayəti verəcəklər.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.