SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
10 Sentyabr 2019
“Həmkarım Elmarla razıyam...” - Ermənistanın xarici işlər naziri
SİYASƏT 18:15 / 16.10.2018

"Mən həmkarım Elmarla Dağlıq Qarabağa dair görüşlərin yaxşı dinamikası məsələsində razıyam. Ötən 5 ay ərzində biz artıq iki görüş keçirmişik. Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında da yaxşı görüş keçib, bu da yaxşı dinamikaya imkan yaradıb. Biz bunu möhkəmləndirmək niyyətindəyik”.

Virtualaz.org xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Lüksemburqda "Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin toplantısında deyib.

Nazir deyib ki, yaxın zamanlarda, çox güman dekabrda Ermənistanda seçkilər keçiriləcək. Bununla belə sülh üçün münbit atmosferin yaradılması məsələsini də diqqət mərkəzində saxlamaq lazımdır. Bura çoxsaylı elementlər daxildir, o cümlədən əvvəlki razılaşmalara əməl edilməsi, eskalasiya risklərinin azaldılması.

"Biz bu addımlar üzərində köklənməliyik və münaqişənin bütün tərəflərinin əhalsini sülhə hazırlamaq üçün real səylər gösərməliyik. Daha bir mühüm vəzifə militarist ritorikadan və nifrət təbliğatından əl çəkməkdir”-Mnatsakanyan belə deyib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.