SON XƏBƏRLƏR
22 Noyabr 2018
21 Noyabr 2018
20 Noyabr 2018
Ermənistan prezidenti hökumətin istefasını təsdiqlədi
DÜNYA 12:49 / 17.10.2018

Ermənistan prezidenti Armen Sərkisyan  dünən axşam hökumətin istefası barədə fərman imzalayıb. Məlumata görə, bundan sonra ölkədə növbədənkənar prezident seçkilərinə hazırlanacaq.

Qeyd edək ki, bundan əvvəl parlamentin buraxılması üçün Nikol Paşinyan istefası barədə elan etmişdi. O həmçinin bildirmişdi ki, seçkilərədək Nazirlər Kabineti rəhbərinin səlahiyyətlərini icra edəcək.  

Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 10-da keçiriləcək.

Növbəti 15 gün ərzində hələlik fəaliyyətdə olan parlament iki dəfə baş naziri seçməlidir. Hələlik Milli Yığıncaqda təmsil olunmuş heç bir siyasi qüvvə baş nazir postuna namizədini irəli sürəcəyi barədə bəyanat verməyib.

Parlament iki dəfə baş naziri seçə bilməzsə, buraxılır və yeni seçkilər təyin edilir. Konstitusiyaya görə, seçkilər parlamentin buraxılmasından sonra ən tezi 30 gün sonra, lakin 45 gündən gec olmayaraq keçirilməlidir.


75 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.