SON XƏBƏRLƏR
18 Aprel 2019
17 Aprel 2019
Həkimə hicabına görə telekanallar efir qadağası qoydu
CƏMİYYƏT 14:14 / 17.10.2018

Terapevt-allerqoloq Gülnar Quliyeva hicablı olduğuna görə telekanalların qapısı üzünə bağlanıb. Bildiririk ki, həkim facebook profilində bu məlumatı paylaşıb:

"Dostlar, mən başıbağlı olduğuma görə heç bir televiziya kanalının sağlıq proqramlarına qatıla bilmirəm.

Bu gün Xəzər Tv, İctimaiTv-dən belə bir xəbər gəldi: "Sizi qəbul edə bilmərik, üzürlü sayın. Milli Teleradio Şirkəti tapşırıb ki, bu sezondan başıbağlılar efirə buraxılmasın.

Özümü təhqir olunmuş, aşağılanmış kimi hiss edirəm. Belə bir ölkədə həkim olmaqdansa yad ölkədə sanitarka işləmək daha gözəldi. Mən çox gözəl bilirəm ki, belə bir qanun yoxdur. Sözüm bu qərarı verənlərədi: Bayram Nurlunu çıxarın efirlərə, gələcək nəsillər ibrət götürsün. 

Postum yanlış anlaşılmasın. Kanala qatılmamaq problem deyil. Bir inanclının haqqı trans, gey, emo, falçının haqqı qədər deyilmi?".

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində hicaba qadağa yoxdur.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.