SON XƏBƏRLƏR
22 Noyabr 2018
21 Noyabr 2018
20 Noyabr 2018
Bakıda ölümlə nəticələnən yol qəzasının TƏFƏRRÜATLARI məlum oldu
HADİSƏ 14:49 / 17.10.2018

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Şəhər sakini Məmmədov Tehran Akif oğlu idarə etdiyi "Mercedes" markalı 90-MD-396 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Ramana qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı qaz borusuna çırpılıb.

Hadisə nəticəsində sürücü aldığı xəsarətdən ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb


77 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.