SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Hava şəraitinin sabitləşəcəyi vaxt açıqlandı
HADİSƏ 15:21 / 17.10.2018

Bu gün, oktyabrın 17-də, ölkə ərazisində hava yağmurlu keçəcək.

Bunu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

G.Məmmədova bildirib ki, hava şəraiti oktyabrın 18-dən sabitləşəcək:

"Gün ərzində bəzi yerlərdə qısa müddətli yağış yağacaq. Ayın 18 və 19-da hava şəraiti sabitləşəcək və yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləklərində üstünlük müşahidə olunacaq”.

Gülşad Məmmədova qeyd edib ki, yaxın günlərdə hava şəraitində temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.


118 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.