SON XƏBƏRLƏR
22 Noyabr 2018
21 Noyabr 2018
20 Noyabr 2018
Səhiyyə naziri uşaqlarla bağlı əmr imzaladı
KRİMİNAL 13:38 / 18.10.2018
Səhiyyə naziri Oqtay Şirəliyev "Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə” əmr imzalayıb.

Xəbər veririk ki, əmrdə qeyd olunub ki, "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” çərçivəsində uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və avadanlıqlarla təchiz edilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər uşaqlar arasında xəstələnmənin, sağlamlıq imkanları məhdudluğun və ölümün səviyyəsinin azaldılmasına imkan verib.

Bununla belə, "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2013-2017-ci illər üçün Dövlət Proqramı”nın icra vəziyyətinə dair hazırlanan arayışda bu sahədə müəyyən nöqsan və çatışmazlıqların olduğu vurğulanıb.

Bu səbəbdən "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək üçün Səhiyyə Nazirliyinin tədbirlər planı təsdiq edilib.

Tədbirlər planında adları qeyd olunan icraçı qurumların rəhbərlərinə tapşırılıb ki, müəyyən olunan müddətdə tapşırıqların həyata keçirilməsini təmin etsinlər və görülən işlər barədə hər yarımilliyinin sonunda Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinə hesabat təqdim etsinlər.

Əmrin icrasına nəzarət nazir müavinlərinə tapşılırıb.

68 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.