SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Azərbaycanın yeni turizm brendi təqdim olunub - "Take another look"
CƏMİYYƏT 14:16 / 18.10.2018

Dövlət Turizm Agentliyinin (Agentlik) və Azərbaycan Turizm Bürosunun (Büro) təşkilatçılığı ilə bu gün Bakıda keçirilən Milli Turizm Sammitində "Take another look" başlıqlı yeni milli turizm brendi təqdim olunub.

Brendi Büronun brend və marketinq üzrə direktoru Fidan Quliyeva təqdim edib.

O, brendin yaradılması yolundan bəhs edib: "Qarşımıza qoyduğumuz məqsədə nail olmaq üçün güclü brendə malik olmalıyıq. Azərbaycanın bütün gözəlliklərini üzə çıxarmalıyıq. Gözəl mətbəximiz, qonaqpərvər insanlarımız var. Yeni brendi hazırlayarkən bütün bunları nəzərə aldıq. Azərbaycan yeni kəşflər ölkəsidir. Bu loqo Azərbaycanın dünyada tanınmasına kömək edəcək".

F.Quliyevanın sözlərinə görə, yeni turizm brendinin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabr ayında Londonda (Böyük Britaniya) keçiriləcək "Dünya Səyahət Bazarı” sərgisində (London WTM) baş tutacaq. (report)


63 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.