SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Bu məqalə Camal Qaşıqçının ölümünə səbəb oldu – ŞOK SÖZLƏR
DÜNYA 15:58 / 18.10.2018

ABŞ-ın "Vaşinqton Post” qəzeti səudiyyəli jurnalist Camal Qaşıqçının son məqaləsini dərc edib.

Məqalədə ərəb dünyasında kütləvi informasiya vasitələrinin azadlığının aşağı səviyyəsi və xəbərlərin işıqlandırılmasına dövlət təsirinin sərtləşməsindən danışılır.

"Jurnalistlər inanırdılar ki, internet xəbərləri çap mediasında olan senzura və nəzarətdən azad edəcək. Amma bu hökumətlər interneti təcavüzkarlıqla bloklayırlar”, - jurnalist yazıb.

O qeyd edib ki, ərəb jurnalistlərinin çoxu öz həmkarlarının çoxsaylı həbsləri haqqında susmağa üstünlük verirlər və beynəlxalq cəmiyyət tərəfindən mətbuatın azadlığının aşağı səviyyəsinin qınanması yoxdur. Jurnalistin fikrincə, 2011-ci ildə başlayan "Ərəb baharı”na böyük ümidlər bəslənilirdi, ancaq gözləntilər reallaşmadı: "Cəmiyyət ya əvvəlki status-kvoya qayıtdı, ya da əvvəllər mövcud olanlardan daha sərt şərtlərlə rastlaşdı”.

Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasında öldürüldüyü bildirilir./publika.az


63 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.