SON XƏBƏRLƏR
18 Aprel 2019
17 Aprel 2019
Jurnalistin qətlində YENİ İDDİA: Şahzadənin mühafizəçisi öldürüb?
ARAŞDIRMA 15:40 / 18.10.2018

Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının öldürülməsində şübhəli bilinən şəxslər şahzadə Məhəmməd bin Salmanla tez-tez telefon əlaqəsi saxlayırlar.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə ABŞ-da nəşr olunan "The New York Times” qəzeti çıxış edib.

Qəzet yazır ki, şübhəlilər dəfələrlə Səudiyyə taxtının vəliəhdini xarici səfərlərdə müşayiət ediblər: "Həmin şəxslər şahzadənin müxalifətçi dəstəsinin arasında yer alıblar. Digər şübhəli isə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyində yüksək vəzifə tutan bir məhkəmə həkimidir”.

Qəzetə görə, Türkiyə polisi tərəfindən təsbit edilən 15 şübhəlinin ən az doqquzu Səudiyyə Ərəbistanının hərbi dairələri, təhlükəsizlik xidmətləri və nazirliklərinin əməkdaşıdır.

Qeyd edək ki, jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı (Türkiyə) konsulluğunda qətlə yetirildiyi iddia edilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.