SON XƏBƏRLƏR
18 Aprel 2019
17 Aprel 2019
21 nəfəri öldürməzdən bir neçə dəqiqə əvvəl – Qatilin SON VİDEOSU
DÜNYA 18:30 / 18.10.2018

Krım yarımadasının Kerç şəhərində Texnologiya Kollecində terror aktını törədən şəxsin hadisədən bir neçə dəqiqə əvvəl çəkilən görüntüləri ortaya çıxıb.

Xəbər veririk ki, "Mash” teleqram kanalı müşahidə kameraları tərəfindən qeydə alınan videonu yayıb.

Kadrlarda görünür ki, Vladislav Roslyakov qara geyimdə və qara çanta ilə kollecin ərazisi üzrə gedərək binaya girir.

Xatırladaq ki, ötən gün törədilən terror aktında 21 nəfər həlak olub, 50 nəfər yaralanıb. 22 yaşlı Vladislav Roslyakov kollecin dördüncü kursunda oxuyurdu. O, partlayışdan sonra intihar edib. Qatilin bədəni ikinci mərtəbədə kitabxanada aşkar edilib. Hüquq-mühafizə orqanlarındakı mənbə danışıb ki, tələbələrin ifadələrinə əsasən, Roslyakov çantanı yemək otağında qoyaraq oranı tərk edib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.