SON XƏBƏRLƏR
18 Aprel 2019
17 Aprel 2019
Prezidentin qızı kitab təqdimatında - FOTOLAR
CƏMİYYƏT 10:33 / 19.10.2018

Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Fəridə Səfiyevanın "Bir ömrün iziylə” kitabının təqdimatı olub.

Publika.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Kitab Azərbaycan sovet fəlsəfə tarixinin banisi, Azərbaycan SSR Elmlər Akademiyasının ilk vitse-prezidentlərindən biri akademik Heydər Hüseynovun həyat və yaradıcılığından bəhs edir.

Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru, kitabın elmi redaktoru İzzət Rüstəmov, filologiya üzrə fəlsəfə doktoru, "Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva və digər çıxışçılar nadir arxiv sənədləri, akademikin həmkarlarının, tələbələrinin, ailə üzvlərinin xatirələri əsasında yazılan kitabda bu günə qədər ictimaiyyətə məlum olmayan bir çox məqamlara aydınlıq gətirildiyini qeyd ediblər.

Bildirilib ki, 1935-1950-ci illərdə Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan alimin həyatını faciəli sonluğa gətirib çıxaran hadisələr və səbəblər nəşrdə ilk dəfə açıqlanır.

Kitabda, həmçinin Heydər Hüseynovun biblioqrafiyası, şəxsi arxivində olan sənədlərin siyahısı, onların fotoşəkli, ailə fotoalbomu yer alıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.