SON XƏBƏRLƏR
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
Məşhur cütlük doğulmamış uşaqlarına ad fikirləşir
DÜNYA 12:31 / 19.10.2018

Harri və Meqan Avstraliya səyahətinə çıxıb

Sussexin məşhur Duke və Düşesi Avstraliya səyahətlərini Melborna səfərlə, məşhur tramvaylara minərək və uşaq adları haqqında danışaraq davam etdirdi.

Xarici mətbuata istinadən xəbər veririk ki, cütlük Meqanın hamilə olduğunu bazar ertəsi, Sidneyə enəndə elan edib. Körpə haqqında danışmamalarına baxmayaraq, Böyük Britaniya Mətbuat Assosasiyası onlarla eyni tramvayda olan uşaqların cütlüyə jurnalistlərin vermədiyi sualları verdiyini bildirib.

12 yaşlı Çarli Volf cütlüyün uşağa hansı adı qoyacaqlarını soruşub və mətbuata Meqanın verdiyi cavabı açıqlayıb:

"Bizə uzun ad siyahısı verilib, oturub onları nəzərdən keçirəcəyik”.


Daha sonra 37 yaşlı Meqan və 34 yaşlı Harri sahillərin təmiz saxlanmasına nəzarət edən təşkilat olan "Beach Patrol”un əməkdaşları və könüllüləri ilə tanış olmaq üçün tramvayla ora gedib.

Cütlük baş nazir Scott Morrison və müxalifət lideri Bill Şorten ilə görüşəndən sonra geri dönəcək.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.