SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
“Doğulmamış qız uşaqlarına qarşı cinayət törədilir” - Komitə rəsmisi
ARAŞDIRMA 13:32 / 19.10.2018
"Ailədaxili münasibətlərdə yaranan problemlərdən biri uşaqların cinsi ayrı-seçkiliyə məruz qalmasıdır".

Xəbər veririk ki, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. Onun sözlərinə görə, hazırda doğulan uşaqların cinsinə görə nisbətinin pozulması dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda aktual problemdir.

"Qadın hüquqlarının pozulması, gender əsaslı zorakılıq bəşəriyyətin qarşısında duran vacib məsələlərdir. Uşaqların cinsə görə nisbətinin pozulması zorakılığın bir növüdür. Doğulmamış qız uşaqlarına qarşı cinayət törədilir və onların hüquqi pozulur. Əgər bu hesablama təbii sürətdə baş versə, müdaxilə etmək toxunulmazdır. Lakin bir sıra hallarda bu təbii halda baş vermir. Son 25 ildə kişilərin sayı sürətlə artıb və bu fərq bərabərləşib. Belə ki, əhalinin 49,9 faiz kişilər, 51,1 faizini qadınlar təşkil edir".

S.Qəhrəmanova qeyd edib ki, kənd yerlərində qadınlar arasında ailə planlaşdırılması, arzu edilməyən hamiləlikdən qorunma, süni mayalanma və s. maarifləndirmə kampaniysının aparılması zəruridir.

"Təhlillər göstərir ki, qız uşaqlarının dünyaya gəlmədən öldürülməsi ailədə 2-dən çox övladın istənilməməsi ilə bağlıdır. Müasir dövrdə ailədə ilk övlad qız olanda, ikinci uşağın oğlan olmasını istəyirlər".

68 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.