SON XƏBƏRLƏR
22 Noyabr 2018
21 Noyabr 2018
20 Noyabr 2018
Azərbaycanda vəzifəli şəxslər qəzaya düşdü - YARALILAR VAR
HADİSƏ 15:11 / 19.10.2018

Baləkən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 145-ci kilometirliyində qeydə alınıb.

Belə ki, Zaqatala rayonunun Bəhmətli kənd sakini, 1978-ci il təvəllüdlü Şamil Ramazan oğlu Xasməmmədov idarə etdiyi "Mercedes" markalı, 10-RE-496 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı sürücü Ş.Xasməmmədov və avtomobildə olan sərnişin Elnur Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanada "Report"un yerli bürosuna bildirilib ki, E.Məmmədovun xəsarəti yüngül olduğundan ona həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Avtomobilin sürcüsü Ş.Xasməmmədovun vəziyyəti isə orta-ağır olaraq qalır.

Qeyd edək ki, Şamil Xasməmmədov Zaqatala rayonunun Bəhmətli kənd icra nümayəndəsi, Elnur Məmmədov isə həmin kəndin bələdiyyə sədridir.

Faktla bağlı araşdırma aparılır.


77 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.