SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Badamdarda SON VƏZİYYƏT: Çatlar böyüyür, xırda qaya parçaları. .. (YENİLƏNİR)
CƏMİYYƏT 15:34 / 19.10.2018

Sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsinin üst hissəsində torpaq süxurlarının və xırda qaya parçalarının hərəkəti müşahidə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Publika.az-a verilən məlumata görə, sonrakı saatlarda bu prosesin davam edəcəyi gözlənilir.

Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində nisbi artım qeydə alınıb.

***

Badamdarda sürüşmə zonasında monitorinqlər davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Publika.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə ciddi dəyişiklik qeydə alınmayıb.

Yuxarı evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Vəziyyət stabilləşməyə doğru gedir.


68 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.