SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Gənclər təşkilatlarına veriləcək qrantın aşağı və yuxarı həddi müəyyən edilib
CƏMİYYƏT 17:45 / 19.10.2018

Azərbaycanda gənclər təşkilatlarına ən az 5 min, ən çox isə 15 min qrant verilə bilər. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”nda əksini tapıb.

Qaydaların 3-cü (Qrant maliyyələşdirilməsi ilə bağlı ümumi məsələlər) maddəsinə əsasən, müsabiqədə yalnız müəyyən edilmiş tələblərə cavab verən gənclər və gənclər təşkilatları iştirak etmək hüququna malikdirlər. Gənclər təşkilatlarının hər qrant müsabiqəsi çərçivəsində müsabiqəyə "A” və ya "B” kateqoriyaları üzrə təqdim etdikləri yalnız 1 layihənin Gənclər Fondu tərəfindən maliyyələşdirilməsinə yol verilir. Hər bir gənc hər qrant müsabiqəsi çərçivəsində "C” kateqoriyası üzrə 1 layihə təqdim etmək hüququna malikdir. Müsabiqəyə təqdim olunmuş "A” və "B” kateqoriyaları üzrə layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Müsabiqəyə təqdim olunmuş "C” kateqoriyası üzrə layihələrin icra müddəti 2 aydan az, 12 aydan çox olmamalıdır. "A” kateqoriyası üzrə ayrılmış qrant məbləğinin dəyəri 10 min manatdan, "B” kateqoriyası üzrə 15 min manatdan, "C” kateqoriyası üzrə isə 5 min manatdan çox olmamalıdır.

Maddədə qeyd olunub ki, digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.


73 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.