SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Hindistanda FACİƏ: qatar insanları əzdi - Ölənlərin sayı artdı (YENİLƏNDİ)
DÜNYA 09:10 / 20.10.2018

Hindistanın Pəncab ştatında qatarın dini bayramda iştirak edən insan kütləsinə çırpılması nəticəsində azı 61 nəfər ölüb, daha 72 nəfər yaralanıb.

TASS-a istinadən xəbər veririk ki, bu barədə şənbə günü yerli hakimiyyət orqanlarına istinadən "Sinhua" məlumat yayıb. Ölənlər arasında qadınlar və uşaqların çoxluq təşkil etdiyi bildirilir.

Hindistanın Amritsar şəhəri yaxınlığında qatar insan kütləsinin üzərinə hərəkət edib.

 "RİA Novosti"yə istinadən xəbər veririk ki, 50 nəfər ölüb, çox sayda yaralı var. Ölü sayının artacağı istisna edilmir.

Bildirilir ki, yerli əhali Hindistanın məşhur bayramı olan Daşahra bayramını qeyd edirmiş. Bayram nünasibətilə dəmir yollarının yaxınlığında müqəvva yandırılıb və insanların bir çoxu da dəmir yolunun üzərində dayanıbmış.


55 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.