SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Avtomobil və heyvan oğruları yaxalanıb - VİDEO
CƏMİYYƏT 10:17 / 20.10.2018

Bərdə rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində avtomobil oğurluğu ilə məşğul olan iki nəfəri saxlayıb.

Məlumata görə, rayon sakini Fərahim Əliyev polisə müraciət edərək ona məxsus avromobilin qaçırılması barədə məlumat verib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində maşını qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkumluğu olan Andrey Xəlilov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan tiryək də aşkar edilib. Dindirilmə zamanı o, törətdiyi əməli etiraf edib.

Rayonda daha bir ogurluğun üstü açılıb. Oktyabrın 16-da Bərdə rayon mərkəzindən Fuad Mirzəyevə məxsus avtomobil qaçırılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayonun Mehdili kənd sakini Bəxtiyar Əliyev kənd ərazisində avtomobillə birgə saxlanılıb.

Hər iki oğurluq faktına görə rayon polis şöbəsində araşdırma aparılır.

Gədəbəydə isə at və inək oğrusu tutulub. Şübhəli şəxs qismində şöbəyə gətirilən 23 yaşlı Aslan Tağıyev oğurluq etdiyini boynuna alıb. Araşdırmalarla onun əvvəllər də mal-qara oğurluğu ilə məşğul olduğu müəyyən edilib.

Aslan Tağıyevin ətrafında araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


63 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.