SON XƏBƏRLƏR
22 Noyabr 2018
21 Noyabr 2018
20 Noyabr 2018
Gözəllik müsabiqəsinin qalibi yolda faciəvi şəkildə öldü - ŞOK TƏFƏRRÜAT
DÜNYA 12:15 / 20.10.2018

Los-Ancelesdə gözəllik müsabiqəsinin qalibi, 30 yaşlı Yana Lavrentyeva qəza nəticəsində həyatını itirib.

Xəbər veririk ki, bu barədə "Sun" qəzeti məlumat yayıb. Mənbənin yazdığına görə, qəza ötən həftə baş verib. İşıqforun yaşıl işığında yolu keçərkən ayaqqabısında narahatlıq hiss edən Yana piyada zolağında dayanıb və bu zaman maşın onu vurub. Model ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Polis faktla bağlı araşdırma aparır.

Los-Ancelesdə yaşayan rusəsilli modelin iki azyaşlı övladı var.


65 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.