SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Qaxda at qəzaya səbəb oldu, bir qadın xəsarət aldı
HADİSƏ 12:49 / 20.10.2018

Qax rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Zərnə kəndi ərazisindən keçən hissəsində olub.

Yerli sakin Elbrus Əfəndiyev idarə etdiyi "34-BG-126" dövlət qeydiyyat nişanlı "VAZ-2109" markalı avtomobillə Zaqataladan Qax istiqamətində hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Nəticədə sürücünün həyat yoldaşı Həyat Əfəndiyeva aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzaya səbəb olan at bundan əvvəl həmin yolla hərəkətdə olan "Ford" markalı avtomobilin qarşısına da çıxıb və maşın nəticədə yoldan çıxaraq aşıb.

Sonuncu qəza zamanı heyvan hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (report)


63 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.