SON XƏBƏRLƏR
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
Mingəçevirdə REYD: 70-dən çox sürücü və piyada cərimələndi
CƏMİYYƏT 13:41 / 20.10.2018

Mingəçevir şəhərində sürücü və piyadalar əleyhinə reyd keçirilib.

"Report” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mingəçevir şəhər bölməsinin əməkdaşları tərəfindən keçirilən reydin əsas məqsədi təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobil idarə edən sürücülərin və yol hərəkəti qaydalarını kobud şəkildə pozan piyadaların aşkarlanması olub.

Reyd ərzində qeyd olunan məsələlər üzrə 70-dən artıq sürücü və piyada saxlanılıb. Onlardan 55 nəfər qayda pozucusu haqqında inzibati protokol tərtib olunub. Yol hərəkəti qaydalarının tələblərinə məhəl qoymayanlar arasında piyadalar üstünlük təşkil edib. Belə ki, 25 piyada haqqında inzibati protokol yazılıb. Eyni zamanda piyadaların normal keçidinə təhlükə yaradan 10 sürücüyə qarşı müvafiq cərimələr tətbiq olunub. Onlardan bəziləri qaydanı pozaraq ərazidən uzaqlaşmaq istəyərkən saxlanılıb.Cərimələrin tətbiqi ilə yanaşı bəzi sürücü və piyadalara şifahi xəbərdarlıq edilərək maarifləndirmə xarakterli söhbət aparılıb.

Reyd zamanı həmçinin təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobil idarə edən 20 nəfər sürücü barəsində inzibati ölçü götürülüb. Bu zaman qanunu pozmaqlarına haqq qazandıran sürücülər da olub. Belə ki, həmin sürücülər təhlükəsizlik kəmərindən şəhər daxilində istifadə etməyə ehtiyac duymadıqlarını bildiriblər.

Bundan əvvəl Ağdam rayonunda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürcülərə qarşı reyd keçirilib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.