SON XƏBƏRLƏR
22 Noyabr 2018
21 Noyabr 2018
20 Noyabr 2018
“İki dahi oğlu...” adlı film çəkildi
MƏDƏNİYYƏT-ŞOU 15:13 / 20.10.2018

Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Ulu öndər Heydər Əliyev və Çingiz Aytmatova həsr olunmuş "İki dahi oğlu...” adlı film çəkilib. Filmin ideya müəllifi və rejissoru Qırğızıstanın əməkdar mədəniyyət xadimi Zamir Eraliyevdir.

Filmdə Ulu öndərin türk dünyasının birləşməsində olan misilsiz xidmətlərindən söz açılır. Bildiyimiz kimi, 2008 ci ildə Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun təşəbbüsü və təşkilatçılığı ilə dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun Azərbaycana səfəri təşkil olunmuşdu. Filmdə Ç. Aytmatovun Azərbaycana səfəri geniş işıqlandırılıb.

Titrlərdə, yaradıcılıq qruppası filmin ərsəyə gəlməsinə dəstək vermiş Qırğızıstan Respublikası Prezident aparatının rəhbəri Dosalı Esenaliyevə, Qırğızıstan Dövlət Kadr xidmətinin direktoru Akram Madumarova, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin şöbə müdiri, polkovnik Səftər Hacıyevə, Azərbaycan Respublikası Prezident administrasiyasının mətbuat xidməti şöbəsinin çəkiliş bölməsinin müdiri Ədalət Abbasova, Azərbaycan Prezidenti Administrasiyası ictimai siyasi şöbənin xaricdə yaşayan azərbaycanlılarla iş böməsinin müdiri Qafar Əliyevə, Bişkekdə fəaliyyət göstərən AQUA LAB firmasına və Lina firmasına öz təşəkkürünü bildirir.

Filmin təqdimatı fondun Bakıda keçirməyi planlaşdırdığı silsilə tədbirlər çərçivəsinə həyata keçiriləcəkdir. Xatırladaq ki, Fond bu il noyabr ayının 17-20 tarixində Qırğızıstanın, Qazaxıstanın, Rusiyanın tanınmış dövlət, siyasi, elm və ədəbiyyat xadimlərinin iştirakı ilə "Türk dünyasının iki dahi oğlu” adı altında silsilə tədbirlər keçirməyi nəzərdə tutur.


76 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.