SON XƏBƏRLƏR
22 Sentyabr 2019
21 Sentyabr 2019
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
Fransa kənd təsərrüfat naziri: Azərbaycanla sıx əlaqələr qurmaqda maraqlıyıq
SİYASƏT 11:40 / 22.10.2018
Azərbaycan kənd təsərrüfatı nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin SİAL Paris beynəlxalq ərzaq sərgisində iştirak etməsindən çox məmnun və razıyıq. Bu dünyada ən böyük və vacib sərgilərdən biridir.

Bildiririk ki, bu fikri SİAL Paris beynəlxalq ərzaq sərgisində Fransanın kənd təsərrüfatı naziri Didye Guiyom AZƏRTAC-a müsahibəsində söyləyib.

Bildirib ki, ölkəsi ərzaq təhlükəsizliyinin təmin olunmasında, kənd təsərrüfatı sisteminin müasirləşdirilməsində maraqlı olan bütün ölkələrlə, eləcə də Azərbaycanla sıx əlaqələr qurmağa önəm verir.

Fransalı nazir qeyd edib ki, ərzaq təhlükəsizliyi bu gün planetimizin bütün ölkələrini düşündürür. Kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı sistemini, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələri müasirləşdirmək lazımdır. Aqrar sahədə innovasiyaların tətbiqi, yeni texnologiyalardan istifadə çox vacibdir. Bu sahələrdə Fransa Azərbaycanla əməkdaşlıq edə bilər.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.