SON XƏBƏRLƏR
10 Dekabr 2018
09 Dekabr 2018
Eyvandan keçib evə girdi, mətbəxdən meyiti TAPILDI - Bakıda ŞOK OLAY
KRİMİNAL 22:40 / 02.11.2018

Bakıda mənzildən 40 yaşlı kişinin meyiti tapılıb.

Xəbər veririk ki, dünən axşam saatlarında Qaradağ rayonu Müşfiq qəsəbəsində yerləşən binadan orada yaşayan 1978-ci il təvəllüdlü Hüseynov Rüstəm Fəxrəddin oğlunun meyiti tapılıb. Məlumata görə, axşam saat 18 saatlarında evə gələn ailə üzvləri Rüstəmin qapını açmadığını və telefon zənglərini cavablandırmadığını görərək həyacan keçirib. Onun qohumlarından biri qonşu mənzilin eyvanından R.Hüseynovun olduğu mənzilə keçib və 40 yaşlı kişinin mətbəxdə vəfat etdiyini müəyyənləşdirib. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası R.Hüseynovun artıq vəfat etdiyini bildirib.

İlkin ehtimala görə, R.Hüseynov dəm qazından boğulub.


184 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.