SON XƏBƏRLƏR
24 May 2019
23 May 2019
22 May 2019
Azərbaycanlı rejissorun filmi beynəlxalq mükafata layiq görüldü - FOTO
MƏDƏNİYYƏT-ŞOU 17:10 / 08.11.2018

Azərbaycanlı rejissor Emil Əlinin ərsəyə gətirdiyi "Adam” filmi Türkiyə Səlcuq Universitetinin təşkil etdiyi "18-ci Qısa-ca Beynəlxalq Tələbə Filmləri Festivalı”nda daha bir mükafata layiq görülüb.

Xəbər veririk ki, film "Qısa-ca Film Atelyesi Sənədli Film” kateqoriyasında jüri heyətinin özəl mükafatını qazanıb.Qeyd edək ki, "Adam” filmi film 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin yüksəlməsi nəticəsində adaya çevrilən Kürdilidə illərdir tək yaşayan rus mənşəli azərbaycanlı Vitali Pronin haqqındadır.

Filmin quruluşçu rejissoru Emil Əli, prodüserləri Qan Turalı (Zen Film) və Əli Araz (Alfeka), icraçı prodüseri Fuad Cəfərovdur. "Adam” filminin çəkilişləri Neftçala rayonun Kürdili adasında, post-prodakşnı isə Türkiyədə həyata keçirilib.

Sənədli film daha öncə XI İstanbul Beynəlxalq Memarlıq və Şəhər Film Festivalında 90 ölkədən qatılan 950 film arasında "sənədli film nominasiyası"nda ikinci yerə layiq görülüb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.