SON XƏBƏRLƏR
10 Dekabr 2018
09 Dekabr 2018
Anasının məzarı başında dua edərkən şok yaşadı: Torpaqdan uşaq çıxdı! - VİDEO
HADİSƏ 16:49 / 11.11.2018

Özünü itirən qadın ətrafdakılardan kömək istədi

 Ankarada bir nəfər dua etmək üçün getdiyi anasının məzarında, itlər tərəfindən bir hissəsi çölə çıxarılan 5 aylıq körpə tapıb. Qorxudan nə edəcəyini bilməyən qadın ətrafdakı insanların köməyi ilə uşağı yenidən torpağa basdırıb və polis çağırıb.

Hadisə Ankaranın Yeniməhəllə rayonun Yakacık qəbristanlığında, 7 noyabrda baş verib. 2006-cı ildə vəfat etmiş anasının məzarı üstünə gedən Ayşə K. anasının məzarının başındakı itin, anasının məzarını qazdığını və ağzında parça olduğunu görüb. Sürətlə anasının məzarına gedən qadın, orada 5 aylıq olduğu deyilən naməlum uşağın göbəyindəki klemp ilə birlikdə anasının məzarının üstündə basdırıldığını görüb. Həmin an şok keçirən qadın uşağın qalan hissəsini də torpaqdan çıxarıb. Nə edəcəyini bilməyərək ətrafdakılardan kömək istəyib.

Hadisə yerinə gələn polis və təcili yardım, uşağın öldüyünü təsdiqləyib. Körpənin cansız bədəni məhkəmə tibbi ekspertizaya aparılıb.


50 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.