SON XƏBƏRLƏR
12 Dekabr 2018
13 Dekabr 2018
11 Dekabr 2018
Xəzər dənizində nəhəng külək elektrik stansiyası tikiləcək - VİDEO
HADİSƏ 22:19 / 11.11.2018

Azərbaycanın iqlim şəraiti günəş və küləkdən enerjini alınmasını mümkün edir. Ölkəmizdə ildən-ilə günəş elektrik stansiyalarının sayı artır. Bu proses getdikcə şaxələndiriləcək. Belə ki, Xəzər dənizində külək elektrik stansiyası layihəsinin maliyyələşdirilməsi ilə bağlı bir sira xarici investorlarla danışıqlar aparılır. Bu stansiya Pirallahı qəsəbəsindən çilov adasınadək uzanacaq.

Ölkəmizdə alternativ enerji mənbələrindən istifadə daha da genişləndiriləcək.Xəzər dənizində külək elektrik stansiyası layihəsinin maliyyələşdirilməsi ilə bağlı bir sira xarici investorlarla danışıqlar aparılır.

Alternativ və Bərpa Olunan Enerji Mənəbləri üzrə Dövlət Agentliyi nəzdində "Azəralternativenerji" MMC-dən "Trendə"bildirilib ki, bu stansiya Pirallahi qəsəbəsindən Çilov adasınadək uzanacaq. Layihə ilə əlaqədar müvafiq texniki-iqtisadi sənədləsdirmə aparılıb. Stansiyanin gücünün 200 meqavatt təşkil etməsi planlaşdırılır. Potensial investorlar ərəb ölkələri, Çin və Kanadanı təmsil edir".

Məsələni şərh edən iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, ölkəmizdə alternativ enerji mənbələrindən istifadə imkanları genişdir. Sözügedən stansiyanın işə düşməsi əhəmiyyətlidir

Vuqar Bayramovun sözlərinə görə yeni enerji mənbələrinin istifadəyə verilməsinin üstünlükləri bununla yekunlaşmır

Iqtisadçı ekspert bildirib ki, alternativ enerjinin istehsal maya dəyəri yüksəkdir. Ona görə də istər yerli, istərsə də əcnəbi investorlar bu sahəyə kapital yatırmaqda maraqlı deyillər. Ona görə stimullaşdırıcı yaşıl tarif sisteminin tətbiq edilməsi gözlənilir.

Sözügedən layihə ilə bağlı hansı investorların cəlb edildiyi yaxın müddətdə məlum olacaq.


75 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.