SON XƏBƏRLƏR
22 Fevral 2019
23 Fevral 2019
21 Fevral 2019
Lənkəranda 4 kənd su altında qaldı, 63 nəfər... - RƏSMİ
HADİSƏ 15:15 / 12.11.2018

Bu gün səhər saatlarından başlayaraq Lənkəran rayonunda yağan leysan xarakterli yağışlar nəticəsində Sağlaküçə, Türkəkəran, Bürcəli və Narbağı kəndlərində bəzi ərazilər yağış suları ilə dolub.

Xəbər veririk ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlərlə əlaqədar olaraq, Nazirliyin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvə və texnikası qeyd olunan ərazilərə cəlb olunub. Həyətyanı sahələrin su ilə dolması səbəbilə köməksiz vəziyyətdə qalmış 63 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.