SON XƏBƏRLƏR
26 May 2019
25 May 2019
24 May 2019
23 May 2019
Azərbaycan vətəndaşının alt paltarından 20 min dollar çıxdı – FOTO
ARAŞDIRMA 13:47 / 12.11.2018

Azərbaycanda qeyri-qanuni yolla külli miqdarda valyutanın çıxarılmasının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinə istinadən xəbər veririk ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunda İran İslam Respublikasına gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən valyutanın olmadığını bildirib.

Yoxlama zamanı, onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 20000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.