SON XƏBƏRLƏR
10 Dekabr 2018
09 Dekabr 2018
Sosial şəbəkələrdə saxta profili olanlar YANDI - DİN-dən XƏBƏRDARLIQ
CƏMİYYƏT 18:17 / 12.11.2018

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə saxta səhifə yaradanlara xəbərdarlıq edib.

Qurumdan verilən məlumata görə, son günlər DİN-nin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır.

Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır: "Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır. Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərlərdən istifadə etməməyi tövsiyə edirik. Məlumat üçün bir daha xatırlatmaq yerinə düşərdi ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq 2 ilə yaxındır ki, fəaliyyət göstərir".

Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından "facebook", "instagram ", "twitter" və "youtube" hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər:

"Facebook - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi keçid linki - (https://www.facebook.com/mia.gov.az/)

İnstagram – azerbaycan.din keçid linki - (https://www.instagram.com/azerbaycan.din/)

Youtube - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi keçid linki - (https://www.youtube.com/channel/UCnOFln-vwFvkLMCMGyg2j-w?view_as=subscriber)

Twitter - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi keçid linki - (https://twitter.com/MIAAzerbaijan )"


52 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.