Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi altında Naxçıvan Qarnizonu qoşunları tam döyüşə hazırolma vəziyyətinə gətirilib.
məlumat veririk ki, idarəetmə məntəqələri və praktiki fəaliyyətə cəlb edilən bölmələr "Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Birləşmə və hissələrin idarəetmə məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.