SON XƏBƏRLƏR
26 May 2019
25 May 2019
24 May 2019
23 May 2019
Azərbaycanda qəribə hadisə: evin həyətini qazanda silah anbarı tapdı
ARAŞDIRMA 03:49 / 14.11.2018

Gəncə şəhəri ərazisindən silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk ki, "102-Zəng Mərkəzi”nə müraciət edən Gəncə şəhər sakini S.Verdiyev yaşadığı Ə.Nəzmi küçəsindəki evin həyətində qazıntı işləri apararkən silah-sursat tapdığını bildirib.

Məlumatla əlaqədar dərhal Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Hadisə yerinə baxış zamanı 1 ədəd F-1, 1 ədəd RQ-42 və 1 ədəd DM-41 qumbarası, 2 ədəd UZRQM və 1 ədəd DM-41 markalı partladıcı, habelə 112 ədəd müxtəlif çaplı patron (paslanmış vəziyyətdə) tapılaraq ANAMA-nın əməkdaşlarına təhvil verilib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.