SON XƏBƏRLƏR
22 Sentyabr 2019
21 Sentyabr 2019
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
XİN: Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır
SİYASƏT 12:48 / 17.11.2018

Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır və özünü onun rəhbəri hesab edən şəxslərlə heç bir əlaqə saxlamır.

RİA Novosti"yə istinadən xəbər veririk ki, bunu Fransanın Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərin Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə Azərbaycan tərəfinin etirazı ilə bağlı sualına cavab verərkən deyib.

"Fransa qondarma Dağlıq Qarabağ respublikasını tanımır və özünü onun başçısı hesab edənlərlə heç bir əlaqə saxlamır. Fransa Minsk qrupunun həmsədri kimi dinc və stabil həll yolu tapmaq üzərində işləyir və öz vasitəçi missiyasını ədalətlə yerinə yetirir", - deyə XİN rəsmisi söyləyib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.